
"Kəpəz"də həkim problemi: qolu sınan uşaq köməksiz qalıb
- 16 Fev 2022 17:00
- 636
Premyer Liqaya iddia edən "Kəpəz" dünən I Divizion çərçivəsində "Qəbələ-2"ə uduzdu və bununla da cari mövsümdə ilk məğlubiyyətini aldı.
Rekord.az xəbər verir ki, rəhbərlik lisenziyalaşdırma ilə bağlı işlər gördüyünü desə də, əslində görülməyən, amma görülməsi vacib bir çox məsələlər var.
Büdcə, baza, stadion və s. qoyaq bir kənara. Bu yaxınlarda saytımıza daxil olan məlumata görə, sən demə klubun uşaq komandalarına heç həkim də ayırılmır. Yəni uşaqlar oyunlara həkimsiz gedirlər. Daxil olan son məlumat da sırf bununla bağlıdır. Belə ki, ötən gün "Kəpəz"in uşaq komandalarından birinin oyunu zamanı azyaşlı futbolçulardan biri ciddi zədə alıb və qolunu sındırıb. Təəssüf ki, komandada həkim olmadığından uşağı valideynlərin köməyi ilə xəstəxanaya aparıblar. Etiraf edək ki,işə bu cür yanaşma ilə Premyer Liqada oynamaq olmaz. Söhbət tək lisenziyadan yox, eyni zamanda uşaqların sağlamlığına verilən qiymətdən gedir.