“Kəpəz”də danışılmış oyunlarla bağlı seminar
- 14:00
- 35
AFFA-nın təşəbbüsü ilə “Kəpəz” PFK-da futbol matçlarında danışımış oyunlarla bağlı seminar keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri Naib Əsədov və aparıcı mütəxəssis mütəxəssis Murad Məmmədli çıxış ediblər.
Seminara “Kəpəz” Futbol Akademiyasının U-15, U-16, U-17 və U-19 komandalarının oyunçuları, məşqçi və texniki heyətin üzvləri qatılıblar.
Tədbir zamanı danışılmış oyunlarda iştirak və manipulyasiya halları barədə məlumat verilib, bu cür cəhdlərin və ya məlumatların gizlədilməsinin ağır intizam pozuntusu olduğu diqqətə çatdırılıb. Futbolçulara yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim olunub.
Qeyd edək ki, seminarın əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.