
"Kəpəz" və "Turan Tovuz"dan nə xəbər?
- 24 Apr 2022 13:00
- 713
Növbəti mövsüm Premyer Liqada çıxış etməyə ümid edən "Kəpəz"lə "Turan Tovuz"un məsələsində hələ ki, yenilik yoxdur.
Rekord.az-ın əldə etdiyi son məlumata görə, hər iki klub lisenziya ilə bağlı sənədlərini hələ mart ayından AFFA-ya təqdim ediblər.
Amma əsas olan maliyyə ilə bağlı sənəddir ki, hələlik heç bir klub bu sənədi təqdim etməyib. Çünki heç biri sponsor tapa bilməyib. AFFA pul ayırsa oynayacaqlar, ayırmasa, yenə I Divizionda çıxış edəcəklər.