Azərbaycan kubokunun 1/8 final mərhələsində "Sabah"la üz-üzə gələcək "Kəpəz" bu oyuna ciddi itki ilə çıxacaq.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi təcrübəli Cavid İmamverdiyevin xidmətindən yararlana bilməyəcək.

Buna səbəb İmamverdiyevin zədəli olmasıdır.