
"Kəpəz" rəhbərliyinin iş adamları ilə görüşü müsbət nəticə vermir
- 15 Fev 2022 17:00
- 941
Premyer Liqada oynamaq istəyən "Kəpəz" də maddi dəstək tapmaqda sıxıntı çəkir.
Rekord.az xəbər verir ki, Gəncə rəhbərliyi maddi baxımdan ciddi dəstək olacağına dair söz verməyib.
Bildirilib ki, icra hakimiyyətinin elə böyük vəsaiti yoxdur. Yerli iş adamları ilə görüş cəhdləri də hələ ki, ciddi nəticə vermir. Aldığımız son məlumata görə, bir neçə iş adamı ilə görüşə cəhd edilsə də hələ ki, bir nəticə hasil olmayıb.