Son zamanlar gündəm olan məsələlərdən biri də yenidən Premyer Liqadakı komanda sayının artımı ilə bağlı məsələdir.

Rekord.az xəbər verir ki, bu, baş versə ilk komandanın “Kəpəz” olacağı gözlənilir.

Əgər Gəncə təmsilçisinin elitaya qayıdışı rəsmləşsə, baş məşqçi postunda nda dəyişiklik olacaq. Yəni AFFA elitada Yaşar Vahabzadəyə şans verməyi düşünmür. Onun yerinə bir neçə namizədin adı hallanır.Bu siyahıya isə daha bir nəfər əlavə olunub. Söhbət əslən Gəncədən olan Vəli Qasımovdan gedir. Bir müddətdir kölgəyə çəkilən sabiq “Betis”li yenidən AFFA-nın yadına düşüb. Hətta Elxan Məmmədovun Gəncə səfərinə Qasımov da dəvət olunub ki, bunun özü də gəzən söz-söhbətin əbəs olmadığını göstərir.