"Keşlə"dən ayrılacağı gözlənilən Tural Axundov yenidən "Kəpəz"ə qayıda bilər.

Rekord.az xəbər verir ki, Premyer Liqaya buraxılan Gəncə təmsilçisi indidən heyət formalaşdırmağa başlayır.

İlk olaraq isə keçmiş futbolçulara müraciət olunacağı gözlənilir. Axundov da belə futbolçulardandır. 

Qeyd edək ki, Tural bir vaxtlar "Kəpəz"in kapitan sarğısını da daşıyıb. Sonradan "Sumqayıt" və "Neftçi" kimi komandalarda da oynayıb.