"Kəpəz" Azərbaycan Premyer Liqasının 28-ci turunda "Qarabağ"la ev oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Gəncə təmsilçisinin stadionunda əsaslı təmir və yenidənqurma işləri aparılan “Kəpəz”in müraciəti, “Qarabağ” klubunun razılığı ilə bu qərar qəbul edilib.

Azərbaycan Premyer Liqası
28-ci tur

29 mart

16:30. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

19:00. “Kəpəz” – “Qarabağ”
Tofiq Bəhramov adına Respublika stadionu

30 mart

16:30. “Səbail” – “Turan Tovuz”
“ASCO Arena”

19:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena”

31 mart

18:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu