“Kəpəz” məşqlərə start verdi
- 2021-08-02 19:46
- 566
“Kəpəz” bu gündən yeni mövsümün hazırlığına start verib.
Rekord.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın ilk məşqi süni örtüklü meydançada olub. Çalışmalarda "sarı-göylər"in yeni transferləri də iştirak edib.