
“Kəpəz” kubok oyununa Bakıda hazırlaşacaq
- 08 Dek 2021 16:42
- 622
“Kəpəz” Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Bakıda qarşılaşacağı “Sabah” ilə oyuna paytaxtda hazırlaşacaq.
Rekord.az xəbər verir ki, Birinci Divizionun 11-ci turu çərçivəsində MOİK ilə görüşdən sonra komanda Gəncəyə qayıtmayaraq Bakıda qalıb. “Sarı-göylər” məşqlərini “Dalğa Arena”da keçirəcəklər.
Dekabrın 11-də keçiriləcək “Sabah” – “Kəpəz” oyunu saat 18:00-da başlayacaq.