“Kəpəz" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. 


Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.


Portuqaliyalı qolkiper son olaraq İsrailin "İroni Tiberias" klubunda çıxış edib. "Braqa"nın yetirməsi olan 26 yaşlı qapıçı 2024-2025-ci illər mövsümündə də "sarı-göylər"in formasını geyinib. Rojerio Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının üzvü olub.