"Karvan"dakı maddi problem haqda məlumat vermişdik. Hətta komanda rəhbərliyi ev oyunlarına gələn azarkeşlərdən adama 1 manatdan yığıb yaxın rayonlardan gələn futbolçulara paylamışdılar ki, yol pulu ediv evlərinə getsinlər.

Rekord.az xəbər verir ki, acınacaqlı vəziyyətdə olan komandanın baş məşqçisi Kənan Kərimov maddi kömək istəmək üçün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşmək istəyir.

Hətta bunun üçün Bakıya gələrək federasiyaya da gedib. Lakin bütün cəhdlərinə baxmayaraq, hələ də Məmmədovla görüşə bilməyib.