Türkiyənin I Liqa təmsilçisi olan "Keçiörengücü"nün şərəfini qoruyan Vüsal İsgəndərliyə bir neçə klubdan təklif var.

Rekord.az xəbər verir ki, özünü yaxşı tərəfdən göstərən İsgəndərli diqqətləri üzərinə çəkməyi bacarıb.

Əldə etdiyimiz məlumata görə, klubu da onun satılmasına etiraz eləmir. Çünki "Keçiörengücü"nün maddi durumu o qədər də yaxşı deyil. Lakin bir məslə var ki, klub Vüsal üçün yüksək məbləğdə transfer haqqı tələb edəcək.