
"Kayrat" "Bazel"lə ev oyununun yerini dəyişmək istəyir! ÖZƏL
- 20 Noy 2021 09:38
- 695
UEFA Konfrans Liqasında "Qarabağ"ın rəqibi olan "Kayrat" qrupdakı son ev oyununun yerini dəyişmək istəyir. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, Qazaxıstan təmsilçisi artıq bu barədə UEFA-ya müraciət də edib.
"Kayrat"ın bunu etmək istəyinə səbəb soyuq havadır. "Bazel"lə matç noyabrın sonuna düşür və o vaxtlar Almatıda oynamaq çox çətindir. Alternativ variant kimi Astana şəhərindəki "Astana Arena" göstərilib. Süni örtüklü bu arena həm də qapalıdır və soyuq hava problemi yoxdur.
"Kayrat"ın UEFA-ya müraciətinə bazar ertəsi cavab veriləcək.