
Kavani derbini buraxacaq
- 06 Noy 2021 12:47
- 333
"Mançester Yunayted"in futbolçusu Edinson Kavani zədələnib.
Rekord.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 34 yaşlı hücumçunun zədə səbəbindən Premyer Liqanın 11-ci turunda "Mançester Siti" ilə görüşü buraxacağı bildirilib.
Qeyd edək ki, sabah keçiriləcək "Mançester Yunayted" - "Mançester Siti" görüşü Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.