
Kassano "Mançester Yunayted"i ələ saldı
- 11 Noy 2021 11:21
- 455
İtaliya millisinin sabiq üzvü Antonio Kassano İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Yunayted" və "Mançester Siti" arasında keçirilən oyun barədə danışıb.
Rekord.az xəbər verir ki, veteran futbolçu "qırmızı şeytanlar"ı ələ salıb:
"Sit"inin sol cinahında mənim anam da oynasaydı, yenə "Mançester Yunayted"ə qalib gələrdilər. Xosep onlara rumba hazırlamışdı. "Mançester Yunayted"ə dərs verdilər".