“Karvan-Yevlax”dan darmadağın
- 17:40
- 39
Bu gün Misli Premyer Liqasında 27-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
“Karvan-Yevlax” evdə “Kəpəz”lə qarşılaşıb. Bu oyunu Nicat İsmayıllı idarə edib. Beş qolluq görüşdə yevlaxlılar darmadağına seviniblər.
“Şamaxı” – “Qarabağ”, “Sabah” – “Zirə” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları 11 apreldə, “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” matçları 12 apreldə keçiriləcək.
Misli Premyer Liqası
27-ci tur
10 aprel
“Karvan-Yevlax” – “Kəpəz” 4:1
Qollar: Rauf Rüstəmli, 38; 45+1; 90+4. Eltun Turabov, 65 – Fərid Nəbiyev, 48.
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
Yevlax şəhər stadionu, 15:30.
Karvan-Yevlax: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 17. Samir Abdullayev, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.
Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 6. Camal Cəfərov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.