"Karvan-Yevlax" daha bir futbolçu ilə yolları ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Vadim Abdullayevin müqavilə müddəti başa çatıb və o komandanı tərk edib.


Qeyd edək ki, Vadim bu klubun heyətində 31 oyun keçirib və 1 qol müəllifi olub. 


Abdullayevin yeni komandası da məlumdur. O, yeni mövsümdən “Kəpəz”in uğurları üçün çalışacaq.