
"Karvan” qışdan sonra fəaliyyətini dayandıra bilər
- 15 Dek 2021 13:00
- 805
“Region Liqası”nda mübarizə aparan “Karvan”ın vəziyyəti düzəlmək bilmir.
Rekord.az xəbər verir ki, baş məşqçi Kənan Kərimov bir çox üsullara əl atsa da, faydası yoxdur.
Yəni azarkeşlərdən adam başına 1 manatdan pul yığmaq, eləcə də keçmiş futbolçu dost-tanışı Yevlaxa dəvət etmək də işə yaramır. Əsas olan puldur ki, onu da tapmaq mümkün olmur. Kərimovun sponsor axtarışları da bəhrə vermir. AFFA isə hələ ki, maddi yardımla bağlı müraciətə cavab vermir. Bu gedişlə, “Karvan” qış fasiləsində fəaliyyətini dayandıra bilər.