Yunanıstanın PAOK klubu futbolçusu Şindzi Kaqava ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Yaponiyalı futbolçu uğursuz çıxışlarına görə azarkeşlərdən üzr istəyib.

Kaqava ötən ilin yanvarından PAOK-da çıxış edirdi. O, bu komanda ilə cəmi 4 oyuna çıxıb.

Yaponiya millisinin sabiq üzvü karyerası ərzində Almaniyada "Borussiya" Dortmund, İngiltərədə "Mançester Yunayted", Türkiyədə "Beşiktaş" kimi klublarda da çıxış edib.