Polşa Futbol İttifaqı italiyalı məşqçi Fabio Kannavaro ilə razılığa gələ bilməyib.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı çalışdırıcı uzun müddət aparılan danışıqlardan sonra qarşı tərəfin 2 illik müqavilə təklifini qəbul etməyib.

O, buna səbəb kimi Polşa millisini DÇ-2022-nin pley-off oyunlarına hazırlaşdırmaq üçün vaxtın az olduğunu göstərib.

Qeyd edək ki, Polşa millisi pley-offda ilk oyununu martın 24-də Rusiyaya qarşı keçirəcək.