
Kanada klubu Avropada futbolçu axtarışına çıxdı
- 30 Dek 2021 14:20
- 734
Kanadanın “Toronto” klubu Avropada futbolçu axtarışlarını davam etdirir.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, “Toronto” “Napoli”nin ulduzu Lorentso İnsinyeyə fantastik təklif göndərib.
Rekord.az xəbər verir ki, kanadalılar indi də “Torino”nun hücumçusu Andrea Belotti ilə maraqlanırlar. Məlumata görə, “Torino” rəhbərliyi Belottiyə də cəlbedici təklif göndərib.
Hücumçunun məvacibi hazırda aldığından xeyli çox olacaq. Amma hücumçunun bu təklifə münasibəti barədə məlumat verilmir.