Şotlandiyanın “Seltik” komandası növbəti yoxlama oyununu keçirib.


Rekord.az xəbər verir ki, Qlazqo təmsilçisi İngiltərənin “Midlsbro” kollektivi ilə qarşılaşıb.


Oyunda qalib müəyyənləşməyib – 1:1. Qonaqlar 25-ci dəqiqədə David Streletsin qolu ilə hesabı açıblar. “Seltik” isə cəmi beş dəqiqə sonra bərabərliyi təmin edib. Kolumbiyalı hücumçu Kamilo Duran Ceyms Forrestin ötürməsini qola çevirərək komandasını məğlubiyyətdən xilas edib.


Bu, bir müddət öncə “Qarabağ”dan “Seltik”ə keçmiş Duranın ardıcıl ikinci oyunda vurduğu ikinci qol olub.