Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə Qambiya və Kamerun yığmaları üz-üzə gəlib. Kamerunlular 2 cavabsız qolla gələrək ilk yarımfinalçıya çevriliblər.

Burkina Faso yığması isə Tunis millisi ilə qarşılaşıb. Birincilər minimal hesablı qələbə sayəsində mərhələ adlayıblar.

Afrika Millətlər Kuboku
1/4 final

29 yanvar

Qambiya – Kamerun 0:2
Qol: Ekambi, 50; 57.

Burkina Faso – Tunis 1:0
Qol: Oattara, 45+3.

30 yanvar

19:00. Misir - Mərakeş
23:00. Seneqal - Ekvatorial Qvineya