
İtaliya A Seriyasına ilk vəsiqənin sahibi bəlli oldu
- 02 May 2023 11:42
- 371
İtaliya A Seriyasına vəsiqə qazanan ilk komanda müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Frozinone” B seriyasında sona 3 tur qalmış mövsümü ilk iki pillədə başa vurmağı rəsmiləşdirib.
35-ci turda “Recina”nı 3:1 hesabı ilə məğlub edən Fabio Qrossonun komandası üçüncü pillədəki “Bari” üçün əlçatmaz olub. Çünki aktivində 71 xal olan “Frozinone” “Bari”ni 10 xal qabaqlayır. A Seriyasına vəsiqə verən ikinci yerdə isə “Cenoa” (67 xal) qərarlaşıb.
Çempionatda 3-8-ci yerləri tutacaq komandalar A seriyasına üçüncü vəsiqə uğrunda pley-off matçları keçirəcəklər.
“Frozinone” tarixində üçüncü dəfə A Seriyasında çıxış edəcək. Komanda daha əvvəl 2015/2016 və 2018/2019 mövsümlərində bunu bacarsa da, hər iki halda 19-cu yeri tutaraq, elitanı tərk edib.