2023-2024-cü illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” Osama Xalaylanın transferini gerçəkləşdirib. 25 yaşlı israilli hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Osama peşəkar karyerasına “Bney Saxnin”də başlayıb. 2017-21-ci illərdə bu klubda çıxış etdikdən sonra forvard Təl-Əviv “Makkabi”sinə keçib. O, ötən ilin yayında Bney Reyneh “Makkabi”sinə icarəyə verilib.

İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama əsas millidə də forma geyinib. O, 2021-ci ildə bu komandada debüt edib.