
İspaniyanın “super”i - “Real”!
- 17 Yan 2022 00:41
- 738
Futbol üzrə İspaniya superkubokunda final oyunu keçirilib.
Rekord.az xəbər verir ki, həlledici görüşdə “Real” və “Atletik” komandaları üz-üzə gəlib.
Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunmuş qarşılaşma Madrid təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Bununla da “Real” tarixində 12-ci dəfə İspaniya superkubokuna sahib olub.
İspaniya superkuboku
Final
16 yanvar
Real – Atletik 2:0
Qol: Luka Modriç, 38. Kərim Benzema, 52-pen.