
İspaniyada kişi və qadın milliləri eyni maaşı alacaq
- 17 İyn 2022 16:00
- 467
İspaniyanın kişi və qadınlardan ibarət milli komandaları eyni ödənişlər alacaqlar.
Rekord.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının saytı məlumat yayıb.
Müqavilə beş mövsüm üçün qüvvədə olacaq və cinsindən asılı olmayaraq İspaniya milli komandalarının oyunçularının maaşları, səyahət şərtləri, yemək və yaşayış yerlərində bərabərliyi təmin edəcək. Həmçinin, milli komanda oyunçuları sponsorluq müqavilələrindən faiz alacaqlar.
Qeyd edək ki, bundan əvvəl İngiltərə, İrlandiya, Norveç və ABŞ milli komandaları kişi və qadın komandaları arasında bərabər maaş şərtləri ilə bağlı razılıq əldə ediblər.