İspaniyanın “Kadis” klubu baş məşqçisi Serxio Qonsalesi istefaya göndərib.

Rekord.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 21-ci turda “Alaves”ə 0:1 hesablı məğlubiyyətdən sonra rəhbərlik bu qərara gəlib.

47 yaşlı mütəxəssis 2022-ci ilin yanvarından elita komandasına rəhbərlik edirdi.

“Kadis” 21 turdan sonra 15 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.