Son günlər sosial şəbəkələrdə “Qarabağ”ın futbolçusu İsmayıl İbrahimlinin “Legiya” ilə anlaşdığı haqda xəbərlərə rast gəlinir.

Rekord.az xəbər verir ki, gənc yarımmüdafiəçi bir müddətdi Ağdam təmsilçisinin heyətində yer almır. 23 yaşlı futbolçu ilə bağlı xəbərlərə aydınlıq gətirmək üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:
 

“İsmayılın və ya başqa futbolçularımızın “Legiya” ilə razılıq əldə etdiyi haqda xəbərlər həqiqəti əks etdirmir. İsmayılın “Qarabağ”la müqaviləsi var. Klubumuza heç bir futbolçu ilə bağlı rəsmi təklif olmayıb”. ("Futbol plus")