"Real”ın futbolçusu İsko "Milan"a keçməyə yaxındır.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə edib.

Bu transferin qışda rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, 2013-cü ildən "Real"da çıxış edən İsko bu mövsüm 6 oyuna çıxıb.