
İsgəndərlinin komandası səfərdən xalsız döndü
- 22 Noy 2021 11:15
- 440
Futbol üzrə Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Keçiörengücü” 13 turdan sonra 10 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.