
İsgəndərlinin komandası səfərdən 1 xalla döndü
- 14 Dek 2021 23:33
- 452
Futbol üzrə Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Manisa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.
“Keçiörengücü” 17 turdan sonra 18 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.