Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” bu turda “Bandırmaspor"la qarşılaşıb.

Doğma meydanda baş tutan oyun “Boluspor”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Vüsal start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib.

"Boluspor" bu nəticədən sonra 26 xalla 9-cu pillədə qərarlaşıb.