
“İnter”dən milli üzvü ilə yeni müqavilə
- 24 Dek 2021 11:41
- 694
İtaliyanın “İnter” klubu müdafiəçisi Federiko Dimarko ilə yeni müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı sol cinah müdafiəçisinin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək uzadılıb.
Cari mövsüm Milan təmsilçisinin heyətində 24 oyun keçirən İtaliya millisinin üzvü 2 qola imza atıb.