“İnter”dən ayrılan yarımmüdafiəçi Roberto Qalyardininin yeni iş yeri müəyyənləşib.

Rekord.az xəbər verir ki, 29 yaşlı futbolçu azad agent kimi “Montsa”ya keçib.

O, bu klubla 1 illik müqavilə bağlayıb.

Qalyardini 2017-ci ildən oynadığı “İnter”də 190 oyuna 16 qol vurub. O, daha öncə “Çezena”, “Viçentsa”, “Atalanta” və “Spetsiya”da da forma geyinib, İtaliya yığmasında 7 oyun keçirib.