“İnter” niderlandlı müdafiəçisi Stefan de Vreylə yeni müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2 illik sözləşmə imzalanıb.

De Vrey 2018-ci ildən formasını geyindiyi “İnter”də 203 oyuna 9 qol vurub. O, Niderland yığmasında da 59 oyuna 3 qolla yadda qalıb.

“İnter” digər mərkəz müdafiəçisi Zinho Vanheusdeni də Belçika “Standard”ına icarəyə verib. Belçikadan olan 23 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi ölkəsində top qovacaq.