“İnter” futbolçusunu icarəyə verdi
- 03 İyl 2022 11:40
 - 416
 
İtaliyanın “İnter” klubu futbolçusu Stefano Sensini "Monza"ya icarəyə verib.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında sözügedən klubda keçirəcək.
“Monza”nın sahibi Silvio Berluskonidir. Komanda yeni mövsümdən A seriyasında oynamaq hüququ qazanıb.