
"İnter" Dzekonu istəyir
- 06 Avq 2021 13:22
- 618
“İnter” “Roma”nın hücumçusu Edin Dzekonu transfer etmək istəyir.
Rekord.az xəbər verir ki, Dzekonun “Roma”nın baş məşqçisi Joze Mourinyo ilə münasibətlərinin yaxşı olmadığı bildirilir.
Üstəlik, futbolçu ilə rəhbərlik arasında da məvacibə görə soyuq münasibət yaranıb.
“İnter”in isə Romelu Lukakunun “Çelsi”yə yolunu kəsə bilməyəcəyi aydın olduğu üçün bu fürsətdən yararlanmaq niyyətində olduğu bildirilir.
Milan nəhənginin “Fiorentina”nın hücumçusu Duşan Vlaxoviçi almaq istədiyi də deyilir. Amma məlumata görə, “Fiorentina” “İnter”in ilk təklifini geri çevirib.
Bundan sonra klub rəhbərliyi Lukakunun əvəzləyicisi kimi ən ideal namizədin Dzeko olduğu qənaətinə gəlib.