DÇ-2022-nin seçmə mərhələsinin Andorra – İngiltərə oyununu qadın hakimlər idarə edəcək.

Rekord.az xəbər verir ki, qarşılaşmanın baş hakimi ukraynalı Katerina Monzul olacaq. Ona həmyerliləri Marina Striletska və Svitlana Qruşko kömək edəcək. VAR hakimi isə fransalı Stefani Frappartdır.

İngiltərənin kişilərdən ibarət milli komandasının beynəlxalq matçını qadın hakimlərin idarə etməsi ilk dəfə baş verəcək.

Qeyd edək ki, oktyabrın 9-da keçiriləcək Andorra - İngiltərə görüşü Bakı vaxtilə saat 22:45-də başlayacaq.