
İngiltərənin daha bir klubunda koronavirusa yoluxma qeydə alındı
- 14 Dek 2021 18:46
- 413
İngiltərənin “Brayton” klubunun bir neçə üzvündə koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Qraham Potter “The Athletic” nəşrinə açıqlamasında deyib.
O, komandanın bir neçə futbolçusunda koronavirus aşkarlandığını deyib.
Daha əvvəl “Mançester Yunayted”, “Tottenhem” və “Aston Villa” klublarında koronavirusa yoluxma qeydə alınıb.