İngiltərənin üçüncü divizion təmsilçisi "Şrusberi" Valensiyadakı hazırlıqlar çərçivəsində Qətərin "Qatar SC" klubu ilə əvvəlcədən planlaşdırdıqları yoldaşlıq oyunu keçirməyəcəklərini açıqlayıb. 

Rekord.az xəbər verir ki, qərar Qətərdəki homoseksual cəmiyyətin hüquqlarına etiraz olaraq bu addımı atmağa çağıran "LGBTQ + Proud Salopians" təşkilatının təzyiqlərindən sonra qəbul edilib.

Bir neçə gün əvvəl ikinci divizionun yeni komandası “Uotford” da eyni addımı ataraq Qətər millisi ilə hazırlıq matçını ləğv etmişdi. 

İlin sonunda Dünya Çempionatının keçiriləcəyi stadionları tikən Afrika və Cənubi Asiyadan olan çoxsaylı əməkçi miqrantların dözülməz həyat və iş şəraiti səbəbindən Qətər illərdir tənqid hədəfinə çevrilib. Rəsmi məlumatlara görə, inşaat işləri zamanı 6500 miqrant həlak olub.