
İngiltərə kubokunu “Liverpul” qazandı
- 15 May 2022 00:15
- 507
Futbol üzrə İngiltərə kubokunun final oyunu keçirilib.
Rekord.az xəbər verir ki, “Uembli” stadionunda keçirilən həlledici matçda “Çelsi” ilə “Liverpul” komandaları qarşılaşıb.
Oyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan “Liverpul” penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək kubokun sahibi olub.
Bununla da, “Liverpul” tarixində 8-ci dəfə İngiltərə kubokunu qazanıb.
İngiltərə kuboku
Final
14 may
Çelsi – Liverpul 0:0 (penaltilər - 5:6)