İngiltərə Premyer Liqasında koronavirusla bağlı tətbiq edilən qaydalarda dəyişiklik edilib.

Rekord.az xəbər verir ki, bundan sonra bir matçın təxirə salınmasını istəyən komandanın heyətində azı 4 nəfərdə koronavirus aşkarlanmalıdır.

Əks halda, qarşılaşmalar təxirə salınmayacaq. Bu qayda fevralın 5-dən tətbiq ediləcək.

İngiltərə Premyer Liqasında koronavirusa görə 19 qarşılaşma təxirə salınıb və nə zaman keçiriləcəyi hələ məlum deyil.