"İmişli" klubunun yendiən stadion probllemi ilə üzləşməsinə dair məlumat əldə etmişik.

Rekord.az-a daxil olan məlumata görə, Heydər Əliyev adına İmişli mərkəzi stadionunun rəhbərliyi "İmişli" klubundan məşq və oyunlar üçün daha çox icarə haqqı almağı planlaşdırır.

Burada isə daha çox "MKT Araz"ın sabiq icraçı direktoru Mirheydər Seyfiyevin adı hallanır. Çünki stadion hələ də onların balansındadır və yeni mövsümdən Seyfiyevin rəhbərlik edəcəyi "Mil" komandası da eyni stadionda oynayacaq. Deyilənə görə, məhz bu amildən istifadə edib "İmişli"dən daha çox icarə haqqı tələb edilməsi də təsadüfi deyil. "İmişli"nin baş məşqçisi Ruhid Usubov isə saytımıza açıqlamasında məsələyı belə münasibət bildirdi: "Məşq məsələsində hansısa problem olacağını düşünmürəm. Hər halda bölgü aparacayıq. Səhər onlar məşq eləsə, biz axşam məşq edəcəyik. Onların məşqi axşam olsa, biz səhər məşq edəcəyik. O ki qaldı, icarə haqqı ilə bağlı məsələyə, bu, rəhbərliyin səlahiyyətində olan məsələdir, mən o məsələlərə qarlışmıram. Ümid edirəm ki, bu məsələdə də hər hansı problem yaşamarıq".