"İmişli" gələn mövsümdən Qubada oynamayacaq
- 14:00
- 52
"İmişli" Premyer Liqada yerini qoruya bilsə, gələn mövsümdən ev oyunlarını Qubada keçirməyəcək.
Rekord.az-ın əldə etdiyi məlumata görə, komanda Ağsuya köçəcək və ev oyunlarını orada keçirəcək.
Özünün yeni tikmək istədiyi stadion hazır olana qədər. Artıq bu haqda AFFA ilə ilkin danışıqlar da olub.
Qeyd edək ki, Ağsu stadionu AFFA-nın balansındadı.