II Liqanın vahid lideri olan "Baku Sportinq" inamlı çempionluğa doğru addımlayır.

Rekord.az-ın əldə etdiyi məlumata görə, rəhbərliyin hədəfi böyükdür.

Komanda II liqada çempion olsa, mütləq .şəkildə I Liqada mübarizə aparacaq. Bunun üçün lazım olan sənədlər də AFFA-ya təqdim olunub. İnfrastruktur baxımından da ciddi işlər görülür. Belə ki, klub məskunlaşdığı Buzovna stadionunu əsaslı təmir edərək, simasını tamamilə dəyişib. Təbii ot örtüyü də yenisi ilə əvəzlənib. Hazırda arenada tamamlanma işləri aparılır. Komanda isə "Ruslan-93" bazasında məskunlaşıb.