AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda II Liqanın 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Lerik” – “Sheki City” oyununun 48-ci dəqiqəsində “Sheki City” klubunun 4 nömrəli futbolçusu Süleyman Rauflu rəqibi aşkar qol imkanında məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sheki City” klubu 80 manat cərimə edilib.

“Kürmük Qax” – “Dinamo” oyununun 89-cu dəqiqəsində “Kürmük Qax” klubunun 85 nömrəli futbolçusu Cavidan Ömərli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kürmük Qax” klubu 50 manat cərimə edilib.

“Kürmük Qax” – “Dinamo” oyununda “Kürmük Qax” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kürmük Qax” klubuna xəbərdarlıq edilib.

“Kür-Araz” – “Şahdağ Qusar” oyununda “Kür-Araz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilib.

“Kür-Araz” – “Şahdağ Qusar” oyununun 90+4-cü dəqiqəsində “Kür-Araz” klubunun 77 nömrəli futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kür-Araz” klubu 50 manat cərimə edilib.

“Kür-Araz” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şahdağ Qusar” klubu 70 manat cərimə edilib.

“Kür-Araz” – “Şahdağ Qusar” oyununun 83-cü dəqiqəsində “Şahdağ Qusar” klubunun 7 nömrəli futbolçusu Salman Atluxanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilib.

“Kür-Araz” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kür-Araz” klubu 80 manat cərimə edilib.