
İbrahimoviçdən yeni rekord
- 12 Dek 2021 19:01
- 621
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb.
Rekord.az xəbər verir ki, isveçli hücumçu A Seriyasının 17-ci turunun “Udineze” ilə matçında (1:1) qol vurub.
Bu qol İbrahimoviçin 21-ci əsrdə TOP-5 çempionatlarında vurduğu 300-cü qolu olub.
İbrahimoviç 21-ci əsrdə vurulan qol sayında yalnız Kriştiano Ronaldo (483) və Lionel Messidən (475) geri qalır.