Koronavirus pandemiyasına görə ölkəsi İsveçdə olan "Milan"ın futbolçusu Zlatan İbrahimoviç formasını qorumağa çalışır.

Rekord.az xəbər verir ki, 39 yaşlı hücumçu "Hammarbü" klubunda məşqə çıxıb.

O, məşqdən çəkilmiş şəklini sosial şəbəkə hesablarından paylaşıb. İbrahimoviç sahibi olduğu klubun məşqində qonaq qismində iştirak etdiyini bildirib.

Qeyd edək ki, koronavirus pandemiyasına baxmayaraq, İsveçdə komandaların kollektiv məşq etmələrinə və azarkeşsiz yoldaşlıq oyunları keçirmələrinə icazə verilir.